İtaliya

Hərəyə 1 qol, 1 xal - VİDEO

Futbol üzrə İtaliya çempionatında 15-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Roma” SPAL-ı qəbul edib. Bu, “canavarlar”ın “Qarabağ”la Çempionlar Lqiasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunundan öncə son sınağı idi. Paytaxt təmsilçisi bu sınaqdan qələbə ilə ayrılıb.

Günün digər qarşılaşmasında isə lider “Napoli” çempion “Yuventus”u qəbul edib. Neapollular bu görüşdə ilk məğlubiyyət acısını yaşayıblar.

İkinci oyun günündə bir görüş baş tutub. "Torino" doğma meydanda "Atalanta" ilə bərabərə qalıb.

İtaliya A seriyası
15-ci tur
1 dekabr

Roma - SPAL 3:1
Qol: Dzeko, 19. Strotman, 32. Pelleqrini, 53 - Viviani, 56.

Napoli - Yuventus 0:1
Qol: İquayn, 13.

2 dekabr

Torino - Atalanta 1:1
Qol: Nkulu, 41 - İliçiç, 54.

3 dekabr

15:30 Benevento - Milan 
18:00 Bolonya - Kalyari 
18:00 Fiorentina - Sassuolo
18:00 İnter - Kyevo 
23:45 Sampdoriya - Latsio

4 dekabr

22:00 Krotone - Udineze 
00:00 Verona – Cenoa