İtaliya

"Napoli"yə ilk məğlubiyyəti "Yuventus" yaşatdı - VİDEOLAR

Futbol üzrə İtaliya çempionatında 15-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Roma” doğma meydanda SPAL-la qarşılaşıb. Bu, “canavarlar”ın Azərbaycan çempionu “Qarabağ”la UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunundan öncə son sınağı idi. Paytaxt təmsilçisi bu sınaqdan qələbə ilə ayrılıb.

Günün digər qarşılaşmasında isə lider “Napoli” çempion “Yuventus”u qəbul edib. Neapollular bu görüşdə ilk məğlubiyyət acısını yaşayıblar.

İtaliya A Seriyası
15-ci tur
1 dekabr

Roma - SPAL 3:1
Qol: Dzeko, 19. Strotman, 32. Pelleqrini, 53 - Viviani, 56.

Napoli - Yuventus 0:1
Qol: İquayn, 13.

2 dekabr

23:45 Torino - Atalanta

3 dekabr

15:30 Benevento - Milan 
18:00 Bolonya - Kalyari 
18:00 Fiorentina - Sassuolo
18:00 İnter - Kyevo 
23:45 Sampdoriya - Latsio

4 dekabr

22:00 Krotone - Udineze 
00:00 Verona - Cenoa