İtaliya

İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Udineze” klubuna yeni baş məşqçi təyin olunub.

Dsport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Massimo Oddo çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bir müddət öncə istefaya göndərilmiş Luici Delnerini əvəz edib.

Qeyd edək ki, İtaliya yığmasının sabiq müdafiəçisi olan Oddo son olaraq “Peskara” klubunu çalışdırıb.

“Udineze” A Seriyasında geridə qalan 13 tur ərzində 12 xal toplayıb və 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.