İtaliya

“Roma”nın futbolçusu: “Qarabağ”la oyunadək vəsiqəni təmin etməliyik”

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Raca Naynqqolan UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Madrid “Atletiko”su (İspaniya) ilə səfər oyunu öncəsi açıqlama verib.

Dsport.az xəbər verir ki, Belçika yığmasının da şərəfini qoruyan təcrübəli futbolçu bu matçda qalib gələrək vaxtından əvvəl pley-offa vəsiqəni təmin etmək istədiklərini söyləyib: 

“Atletiko" ilə görüş bizim üçün çox əhəmiyyətlidi. Bilirik ki, 1/8 finala yüksəlmək istəyiriksə, son turda "Qarabağ"ı məğlub etmək kifayətdi. Ancaq biz istəyimizi mümkün qədər tez həyata keçirmək və qrup mərhələsini ilk pillədə başa vurmağa çalışacağıq".

Qeyd edək ki, "Roma" hazırda ÇL-də C qrupunda 8 xalla birinci pillədə qərarlaşıb.