İtaliya

Yağışın təxirə saldığı matç yanvarda keçiriləcək

İtaliya A Seriyasının 12-ci turu çərçivəsində noyabrın 5-də keçirilməli olan “Latsio” – “Udineze” matçının güclü yağış səbəbindən təxirə salındığını xəbər vermişdik.

Dsport.az xəbər verir ki, artıq sözügedən matçın hansı tarixdə keçiriləcəyi də dəqiqləşib. Belə ki, “Latsio” ilə “Udineze” 2018-ci ildə, yanvarın 24-də qarşılaşacaq. 

Bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.