İtaliya

Klub prezident maxinasiyaya görə prokurorluğa çağırıldı

İtaliyanın mafiya ilə mübarizə komissiyası “Napoli”yə qarşı iş açıb.

Dsport.az xəbər verir ki, prokurorluq “Napoli”nin prezidenti Aurelia de Laurentisi dindirəcək. Klub rəhbərliyi bilet satışında maxinasiyaya yol verməkdə ittiham olunur.

Bir müddət əvvəl “Yuventus”a qarşı da belə ittiham irəli sürülmüşdü. Nəticədə Turin klubunun prezidenti Andrea Anyelli bir il müddətinə futbol sahəsindən uzaqlaşdırılmışdı.

“Yuventus”dan fərqli olaraq, “Napoli”nin təkcə prezidenti yox, bir neçə futbolçusu da araşdırmalara cəlb edilib.