İtaliya

“İstədiyimi versən, bacımla bərabər olmağına icazə verərəm”

Bir neçə gün əvvəl futbolçu karyerasını bitirən Andrea Pirlo “Milan”da komanda yoldaşı olmuş Cennaro Qattuzo ilə bağlı xatirələrini paylaşıb.

Dsport.az xəbər verir ki, İtaliya millisinin sabiq yarımmüdafiəçisi Qattuzo haqqında “hər dəfə ağzını açıb danışanda ortalıq Braziliya karnavalına” dönürdü ifadəsini işlədib:

“Qattuzo bağırırdı, əcaib səslər çıxarırdı, qəribə hərəkətlər edirdi, ortalığı qarışdırırdı. O, hər dəfə ağzını açıb danışanda ortalıq Braziliya karnavalına çevrilirdi. Onunla çox yaxşı dostluğumuz var idi.

Bir dəfə klubla yeni müqavilə bağlamaq üçün danışmaq lazım gələndə onun əvəzinə mən gedib Qallianiylə (“Milan”ın idman direktoru) danışdım. Bundan sonra bir dəfə zarafat edəndə, Qattuzo məni vurdu. Mən də əvəzində ondan telefonunu alıb, Qallianiyə mesaj yazdım: “İstədiyimi versən, bacımla bərabər olmağına icazə verərəm”. Qattuzo buna görə çox hirsləndi. Telefonu məndən alıb Qallianiyə “Pirlo yenə axmaq zarafatlar edir” yazdı”.