İtaliya

Məşhur klub müflis oldu

İtaliyanın köklü klublarından olan “Modena” müflis olub.

Dsport.az xəbər verir ki, vaxtilə A Seriyasında çıxış etmiş komanda C Seriyasında mübarizə aparırdı. Ancaq müflis olan klub C seriyasından da qovulub. Həmçinin “Modena” peşəkar klub statusunu da itirib.

105 yaşlı komandanı satmaq cəhdləri iflasa uğrayıb. Məvaciblər verilmədiyi üçün futbolçular meydana çıxmaqdan imtina ediblər. 3 qarşılaşmada meydana çıxmayan “Modena”ya texniki məğlubiyyət verilib.

Futbolçular “Santarkancelo” ilə oyunda da meydana çıxmayıblar. Beləliklə, komanda 4-cü dəfə texniki məğlubiyyət alıb. Qaydalara görə, 4 texniki məğlubiyyət alan klub C seriyasından qovulur.

Komandanın bu mövsüm keçirdiyi bütün oyunların nəticələri ləğv olunub. “Modena” 13 mövsüm A Seriyasında çıxış edib.