İtaliya

“İnter”lə “Napoli”dən qolsuz heç-heçə - VİDEOLAR

Futbol üzrə İtaliya çempionatında 9-cu tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda ”Sampdoriya” “Krotone”ni qəbul edib. Beş qolun vurulduğu oyunda meydan sahibləri rəqibi xalsız qoyublar.

Gecə isə bütün diqqətlər Neapola yönəlib. Lider “Napoli” evdə cari mövsümdə inamlı təsir bağışlayan, ən yaxın izləyicisi “İnter”lə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. Beləcə, "İnter" "Napoli"nin bu mövsüm ilk dəfə xal itirməsinə nail olub.

İtaliya A seriyası
9-cu tur
21 oktyabr

Sampdoriya - Krotone 5:0
Qol: Ferrari, 3. Kvalyarella, 11-pen. Kaprari, 38. Linetti, 71. Kounaçki, 76.

Napoli - İnter 0:0

22 oktyabr

14:30 Kyevo - Verona
17:00 Atalanta - Bolonya 
17:00 Benevento - Fiorentina
17:00 Milan - Cenoa
17:00 SPAL - Sassuolo
17:00 Torino - Roma 
20:00 Udineze - Yuventus 
22:45 Latsio - Kalyari