İtaliya

“Qarabağ”ın rəqibi daha bir futbolçusunu itirdi

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan İtaliyanın “Roma” klubu daha bir futbolçusunu itirib.

Dsport.az xəbər verir ki, hücumçu Stefan Əl Şaraavi də sıradan çıxıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniyaya qarşı keçirdikləri oyunda zədələnib. Vəziyyəti ağır olmasa da, İtaliya milli komandasının forvardı qarşıdakı 1-2 həftə ərzində istirahət etməlidi.

“Roma”da Əl Şaraavidən başqa Emerson, Lorenso Pelleqrini, Kevin Strootman, Qrequar Defrel və Patrik Şik də zədədən əziyyət çəkir.