İtaliya

Totti “məşqçiliyi” erkən buraxdı

İtaliyanın “Roma” klubunun canlı əfsanəsi Françesko Totti bir müddət öncə məşqçilik kursuna yazılmışdı.

Dsport.az xəbər verir ki, bu yay futbolçu karyerasına son qoyan “canavarlar”ın sabiq kapitanı İtaliya Məşqçilər Birliyinə  (AIAC) müraciət ünvanlayıb. O, yenicə qatıldığı kurslarda mütəmadi iştirak etməyə vaxtının olmadığını bildirib. Sözügedən qurum məhz bu səbəbdən Tottinin məşqçilik kursundan azad olunduğunu açıqlayıb.

Tottinin yerinə kursa “Roma”nın başqa bir keçmiş futbolçusu Simone Perrotta daxil edilib.

Qeyd edək ki, Totti hazırda “Roma”da klub funksioneri kimi fəaliyyət göstərir. O, sözügedən kurslara qatılmaqla B kateqoriyasına yiyələnmək fikrində idi.