İtaliya

“Roma”nın Bakıya səfər planı bəlli oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın qonağı olacaq İtaliyanın “Roma” klubunun Bakıya səfər planı bəlli olub.

Dsport.az xəbər verir ki, “canavarlar” paytaxtımıza matçdan 2 gün əvvəl – sentyabrın 25-də təşrif buyuracaq. Komanda “JV Marriot Abşeron” otelində qalacaq. Apenninlilər matç başa çatandan sonra həmin gecə İtaliyaya qayıdacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.