İtaliya

“Roma”nın forvardı Bakıya gələsi olmadı

İtaliyanın “Roma” klubunun futbolçusu Patrik Şikin zədə səbəbindən Bakıya gəlməyəcəyi dəqiqləşib.

Dsport.az xəbər verir ki, 21 yaşlı hücumçunun müayinəsindən sonra onun durumuna tam aydınlıq gəlib. İtaliya A Seriyasının 4-cü turunun “Verona” ilə qarşılaşmasında (3:0) zədələnən çexiyalı forvardın sol ayağının əzələlərində şiş aşkarlanıb. Patrik təxminən iki həftədən sonra komanda ilə məşq edə biləcək. Həmin vaxtadək isə hücumçu xüsusi proqram üzrə reabilitasiya prosesi keçməlidi.

“Roma”nın bu yay rekord məbləğə transfer etdiyi forvard sentyabrın 27-də “Qarabağ”la, oktyabrın 5-də Çexiya yığmasının heyətində Azərbaycan milisi ilə Bakıda keçiriləcək görüşlərdə də forma geyinə bilməyəcək.