İtaliya

“Yuve”, "Milan" və "Napoli" növbəti qələbəsini qazandı - VİDEO

Futbol üzrə İtaliya çempionatında 5-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda cari mövsümdə keçirdiyi bütün matçlardan 3 xalla ayrılmış “İnter” “Bolonya”nın qonağı olub. Lakin Milan təmsilçisi bu dəfə ilk xal itkisinə üzülüb.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ikinci oyun günündə meydana çıxıb. “Canavarlar” səfərdə çempionatın debütantı “Benevento” ilə qarşılaşıb və darmadağına sevinib.

Turun ən maraqlı iki oyunu da son gündə keçirilib. “Yuventus” evdə “Fiorentina” ilə qarşılaşmada çətin qələbəyə sevinib. 

“Latsio” ilə “Napoli”nin dueli isə daha gərgin keçib. Beş qolluq oyunda sonda sevinən  qonaqlar olub.

İtaliya A Seriyası
5-ci tur
19 sentyabr

“Bolonya” – “İnter” 1:1
Qol: Verdi, 32 - İkardi, 77-pen.

20 sentyabr

“Benevento” – “Roma” 0:4
Qol: Dzeko, 22; 52. Luçioni, 35-öz qapısına. Venuti, 74-öz qapısına.

“Milan” - SPAL 2:0
Qol: Rodriqes, 26-pen. Kessie, 61-pen.

“Atalanta” – “Krotone” 5:1
Qol: Petanya, 5. Kaldara, 25. İliçiç, 38. Qomes, 63; 74. - Tumminello, 70.

“Kalyari” – “Sassuolo” 0:1
Qol: Matri, 60.

“Cenoa” – “Kyevo” 1:1
Qol: Laksalt, 62 - Hetemay, 73.

“Verona” – “Sampdoriya” 0:0

“Yuventus” – “Fiorentina” 1:0
Qol: Mandzukiç, 52.

“Latsio” – “Napoli” 1:4
Qol: Vriy, 30 - Kulibali, Kallexon, 56. Mertens, 59. Xorxinyo, 90-pen.

“Udineze” – “Torino” 2:3
Qol: De Paul, 48-pen. Lasanya, 75 - Belotti, 9. Hallfredsson, 30-öz qapısına. Lyayiç, 67.