İtaliya

“Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı

Futbol üzrə İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Benevento” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda darmadağınla qalib gəlib – 4:0. Komandanın ən sərrast hücumçusu Edin Dzeko 22 və 52-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb. Digər iki qol isə rəqib futbolçuların avtoqolları sayəsində gerçəkləşib.

Qeyd edək ki, bu oyunda “Roma”ya qarşı “Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros da mübarizə aparıb. İtaliya klubuna bu yay keçən forvard 75-ci dəqiqədə meydana çıxsa da, “cavanarlar”la görüşdə heç nə ilə yadda qalmayıb.

Bu qələbədən sonra “Roma” xallarının sayını 9-a çatdırıb. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın “Roma” ilə ilk oyunu sentyabrın 27-də Bakıda baş tutacaq.