Türkiyə

“Beşiktaş”da yeni futbolçu

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, “qara qartallar” “Fortuna” (Düsseldorf) klubunun əvəzedici komandasında çıxış edən Muhayer Oktayı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu Türkiyəyə gələrək tibbi müayinədən keçib. Onunla 4,5 illik müqavilə imzalanıb.

Oktayın Almaniya klubuyla cari mövsümün sonuna kimi müqaviləsi vardı.