Türkiyə

Super Liqa klubunda 5 illik müqavilə

Türkiyənin “Başakşəhər” klubu baş məşqçisi Abdullah Avcının müqaviləsinin müddətini uzadıb.

Dsport.az xəbər verir ki, türkiyəli mütəxəssislə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avcının əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda bitirdi.

“Başakşəhər” Super Liqada 17 turdan sonra 35 xalla turnir cədvəlində ilk sırada qərarlaşıb.