Türkiyə

Sabiq “Liverpul”lu Super Liqa klubunda

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Stiven Kokeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində “Liverpul”, “Tottenhem”, “Suonsi” kimi klublarda forma geyinən Koker, son olaraq Şotlandiyanın “Dandi” klubunun şərəfini qoruyub.

27 yaşlı müdafiəçi bir dəfə də İngiltərə millisinin formasını geyinib.