Türkiyə

Türkiyə Kubokunda 1/8 finala start verildi

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilməsi nəzərdə tutulsa da, onlardan biri güclü qar yağışı səbəbindən baş tutmayıb. Baş tutan oyunlara gəlincə, “Kayserispor” doğma meydanda “Akhisarspor”a uduzub. Altı qolun qeydə alındığı “Antalyaspor” - “Göztəpə” qarşılaşması isə heç-heçə başa çatıb.

Türkiyə Kuboku
1/8 finalın ilk oyunları
15 yanvar

Kayserispor - Akhisarspor 1:2

Antalyaspor - Göztəpə 3:3

Boluspor - Qalatasaray matçı təxirə salınıb

16 yanvar

17:30. Yeni Malatyaspor - Bodrumspor
19:30. Başakşəhər - Hatayspor
21:30. Trabzonspor - Balıkəsirspor

17 yanvar

19:30. Alanyaspor - Kasımpaşa
21:30. Ümraniyəspor - Fənərbaxça