Türkiyə

“Qalatasaray”ın oyunu təxirə salındı - Qara görə

Futbol üzrə Türkiyə Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Boluspor” - “Qalatasaray” oyunu təxirə salınıb.

Dsport.az xəbər verir ki, buna Boluya yağan güclü qar səbəb olub.

Qarşılaşmanın start saatına qədər meydançanın qar örtüyündən təmizlənməsi üçün tədbirlər görülsə də, güclü yağıntı davam etdiyi üçün, matçın təxirə salınması qərara alınıb. Türkiyə Futbol Federasiyası bu barədə yaydığı rəsmi məlumatda qarşılaşmanın qeyri-müəyyən vaxtda təxirə salındığını açıqlayıb.