Türkiyə

Super Liqa klubu La Liqadan futbolçu aldı

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Hueska” klubununda forma geyinən Sərdar Gürləri heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sərdar 1,5 il icarə əsasında “Göztəpə”də forma geyinəcək.

Karyerası ərzində “Soşo”, “Trabzonspor”, "Gənclərbirliyi” kimi klublarda çıxış edən 28 yaşlı futbolçu, 2018-ci ilin yayında “Osmanlıspor”dan “Hueska”ya transfer edilmişdi.

Sərdar cari mövsümdə 15 qarşılaşmada iştirak edərək, bir məhsuldar ötürmə edib. O, 7 dəfə də Türkiyə millisinin formasını geyinib.