Türkiyə

Azərbaycan millisinin üzvü “Beşiktaş”ın əsas heyətində

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Hüseyn Seyliğli Türkiyənin “Beşiktaş” klubunun əsas heyətində növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan İstanbul klubunun "Helmond Sport"la yoxlama oyununda (1:0) iştirak edən gənc müdafiəçi "Afyonspor"la matçda da oynamaq şansı qazanıb. Oyuna start heyətində başlayan Hüseyn fasilədə əvəzlənib. O, 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. 

Qeyd edək ki, sözügedən oyun "Beşiktaş"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.