Türkiyə

“Qalatasaray” növbəti transferini rəsmən açıqladı

“Qalatasaray”ın Portuqaliyanın “Çaves” klubundan müdafiəçi Markao və “Bursaspor”dan ayrılan Əmrə Taşdəmirlə danışıqlara başladığını xəbər vermişdik.

Dsport.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, “cim-bom” Taşdəmiri heyətinə qatıb. 23 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

“Bursaspor”dan ayrılan Taşdəmir, bu mövsüm Super Liqada cəmi bir oyunda iştirak edib.