Türkiyə

Super Liqa klubundan ayrıldı, karyerasını başa vurdu

“Trabzonspor”un müqaviləsini ləvğ etdiyi Onur Kıvrak karyerasını başa vurub.

Dsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 il Qaradəniz təmsilçisinin şərəfini qoruyan 31 yaşlı qapıçı, başqa komandada oynamayacağını və futbol karyerasını bitirdiyini açıqlayıb:

“Haqqımda yalan şeylər yazıldı. Haqqım olan pulu istəsəydim, o məbləğdə israr edər, alardım. “Trabzonspor”a isə transfer qadağası gələr, bəlkə də, iki il transfer edə bilməzdi. Mənə ödəyəcək pulları yox idi, amma sırf “Trabzonspor” çətin vəziyyətdə qalmasın deyə, hər şeyə razı oldum, mənə dedikləri bütün şərtləri qəbul etdim. Burda 12 ilim keçdi, 6 il kapitanlıq etdim. Mənim üçün bu iş bitdi”.