Türkiyə

Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hikmət Karaman çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

58 yaşlı mütəxəssis bu postda Ərtoğrul Sağlamı əvəzləyib. Onunla imzalanan müqavilənin detalları hələ ki, bəlli deyil.

Qeyd edək ki, "Kayserispor" Türkiyə Super Liqasında 14 turdan sonra 12 xalla 17-ci pillədə qərarlaşıb. Hikmet Karaman 2004/05 mövsümündə də bu komandaya rəhbərlik edib.