Türkiyə

“Beşiktaş”ın futbolçusu sıradan çıxdı

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rayan Babel UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində keçirilən Hollandiya - Almaniya matçında (2:2) zədələnib.

Dsport.az xəbər verir ki, holland futbolçu matçın 45-ci dəqiqəsində əzələsində ağrı hiss etdiyi üçün oyuna davam edə bilməyib. 31 yaşlı futbolçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Futbolçunun sağlıq vəziyyəti tibbi müayinələrdən sonra dəqiq bilinəcək.

Babel 2017-ci ildən “Beşiktaş”ın şərəfini qoruyur. Hollandiya millisində 54 dəfə oyuna çıxan hücumçu 8 dəfə fərqlənib.