Türkiyə

Super Liqa klubunda Aykut Kocaman dönəmi

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbol şöbəsinin müdiri Selçuk Aksoy Aykut Kocamanla razılaşdıqlarını bildirib. 

Qeyd edək ki, Aykut Kocaman mövsümün sonunda "Fənərbaxça"dakı postundan istefa verib. "Konyaspor" isə noyabrın 12-də Rıza Çalımbayla yollarını ayırıb.

Xatırladaq ki, Aykut Kocaman 2005/06 mövsümündə və 2014-2017-ci illər aralığında "Konyaspor"un baş məşqçisi olub.