Türkiyə

“Beşiktaş”da dava

Türkiyənin “Beşiktaş” klubunun daxilindəki narahatlıq texniki heyətlə həkimlər arasındakı davaya qədər uzanıb.

Dsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sivasspor”la oyundan əvvəl klubun həkimi Sarper Çətinkaya ilə İlhan Mansız arasında dava çıxıb. 

Bir-birinə yumruq atan Çətinkaya və Mansızı komandanın digər üzvləri ayıra biliblər.

“Beşiktaş” rəhbərliyi bu hadisənin mətbuata sızmaması üçün xüsusi tapşırıq verib.

“Qara qartallar” Super Liqada geridə qalan 12 tur ərzində 18 xal toplayaraq, turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.