Türkiyə

Fatih Terim əməliyyat olundu

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim əməliyyat olunub.

Dsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Xəbərdə sinüzit əməliyyatı olan türkiyəli mütəxəssisin vəziyyətinin yaxşı olduğu bildirilib.

Terim 2017-ci ilin dekabr ayından "cim-bom"un “sükanı arxasındadı".