Türkiyə

Ozan Canın komandası səfərdə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Ozan bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Girəsunspor” 9 turdan sonra 13 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.