Türkiyə

Dənizin komandasından ilk xal itkisi

Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Dəniz bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Bu tura qədər maksimum nəticə göstərən “Gənclərbirliyi” ilk xal itkisinə baxmayaraq, hazırda 25 xalla 18 kollektiv arasında 1-cidi.