Türkiyə

Ufuk Budak oynadı, “Boluspor” qalib gəldi

Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0. 

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

“Boluspor” hazırda 23 xalla 18 iştirakçı arasında ikinci pillədədi.