Türkiyə

“Fənərbaxça” səfərdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.

Yeni mövsümə uğursuz başlayan “Fənərbaxça” çətin “Sivasspor” səfərinə yollanıb və yenə xal itkisi ilə üzləşib. 

“Başakşəhər” evdə “Kayserispor”u minimal hesabla məğlub edib. “Kasımpaşa” isə doğma meydanda “Akhisarspor”a 5 cavabsız qolla qalib gəlib.

Türkiyə Super Liqası
9-cu tur
19 oktyabr

Qalatasaray - Bursaspor 1:1
Qol: E.Derdiyok, 77 - A.Kara, 63.

20 oktyabr

Kasımpaşa - Akhisarspor 5:0
Qol: Trezeqe, 56. T.Serbest, 58. Diane, 67; 70. Eduok, 78.

Başakşəhər - Kayserispor 1:0
Qol: Mossoro, 40.

Sivasspor - Fənərbaxça 0:0

21 oktyabr

14:30 Rizəspor - Konyaspor
17:00 Alanyaspor - Antalyaspor
17:00 Ankaragücü - Yeni Malatyaspor
20:00 Göztəpə - Beşiktaş

22 oktyabr

21:00 Trabzonspor - Ərzurumspor