Türkiyə

Baş məşqçisi: “Şehiçi asanlıqla verməyəcəyik”

Türkiyənin “Əruzurumspor” klubunun baş məşqçisi Mehmet Özdilek “Qalatasaray”a transfer olacağı iddia edilən İbrahim Şehiçlə bağlı açıqlama verib.

Dsport.az xəbər verir ki, Özdilek Türkiyə mətbuatına açıqlamasında Şehiçi komandada saxlamaq istədiklərini deyib:

“Şehiç yaxşı oyun sərgiləyir. Belə vaxtlarda transfer xəbərləri ilə futbolçunun ağlını qarışdırmaq düzgün deyil. Hazırda bizim üçün vacib olan, qış fasiləsinə qədər, neçə xal toplayacağımızdı. Bu müddətdə Şehiç bizim üçün vacib futbolçudur. Onu hansısa kluba, asanlıqla verməyəcəyik”.

2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç, bu mövsüm azad agent kimi "Ərzurumspor"a keçib.