Türkiyə

Klubundan Ardaya cəza

Türkiyənin “Başakşəhər” klubu futbolçusu Arda Turanı cəzalandırıb. 

Dsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçini 2 milyon 500 min TL məbləğində cərimələyib. 

Klub, həmçinin oyunçunun peşəkar öhdəliklərinin məhkəmə qərar verənədək davam edəcəyini bildirib. Ötən gün İstanbul Cümhuriyyət Prokurorluğu təcrübəli futbolçunun 12,5 ilədək həbs olunması istəyi ilə iddia qaldırıb. 

Qeyd edək ki, Arda Turan gecə klublarının birində müğənni Berkay Şahinlə mübahisə edib və onun burnunu qırıb. Müğənninin vəkili isə prokurorluqdan futbolçunun həbs olunması istəyib. Daha öncə müğənninin həyat yoldaşı da Ardadan prokurorluğa şikayət edib.