Türkiyə

Millimizin üzvü üçün yeni baş məşqçi

Türkiyənin “Girəsunspor” klubuna yeni baş məşqçi təyin olunub.

Dsport.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Hüseyin Kalparla anlaşıb. Tərəflər mövsümün sonuna qədər razılıq əldə ediblər. Bu barədə klubun prezidenti Kamal Bozbağ məlumat verib.

“Girəsunspor”da bir neçə gün əvvəl baş məşqçi Mətin Diyadinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilmişdi.

Azərbaycan yığmasının üzvü Ozan Can Kökçü “Girəsunspor”da forma geyinir. Sözügedən komanda Türkiyənin 1-ci liqasında 8 turdan sonra 13 xalla 5-ci pillədə qərarlaşıb.