Türkiyə

İstanbul derbisində hərəyə 1 qol, 1 xal

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə cəmi bir görüş baş tutub.

Turun mərkəzi oyununda “Fənərbaxça” “Beşiktaş”la üz-üzə gəlib. İstanbul derbisində hesabı qonaqlar açıb. Amma meydan sahibləri matçın sonlarında məğlubiyyətdən qaça biliblər.

Türkiyə Super Liqası
6-cı tur
21 sentyabr

Bursaspor - Başakşəhər 0:0

Ərzurumspor - Ankaragücü 0:1
Qol: K.Özer, 90.

22 sentyabr

Yeni Malatyaspor - Rizəspor 1:0
Qol: Aleksiç, 43.

Kayserispor - Konyaspor 0:2
Qol: Yatabare, 36. Yonsson, 45.

Trabzonspor - Göztəpə 1:2
Qol: B.Yılmaz, 68 - Y.Öztekin, 9; 28.

23 sentyabr

Kasımpaşa - Alanyaspor 1:2
Qol: Diane, 89 - Sisse, 45; 87.

Akhisarspor - Qalatasaray 3:0
Qol: Manu, 51. G.Vural, 80-pen. M.Yumlu, 84.

Antalyaspor - Sivasspor 2:1
Qol: M.Erdinc, 35. Dukara, 45-pen - Kone, 10-pen. 

24 sentyabr

Fənərbaxça - Beşiktaş 1:1
Qol: Ayyu, 71 – Babel, 40.