Türkiyə

“Qalatasaray” darmadağınla uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, bazar günü daha üç görüş baş tutub.

“Kasımpaşa” – “Alanyaspor” matçında qonaqlar sevinən tərəf olublar. “Antalyaspor” isə “Sivasspor”u məğlub yola salıb.

Ən gözlənilməz nəticələrdən biri “Akhisarspor” – “Qalatasaray” matçında qeydə alınıb. Son çempion bu görüşdə darmadağınla uduzub.

Turun mərkəzi oyununda “Fənərbaxça” “Beşiktaş”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
6-cı tur

21 sentyabr

Bursaspor - Başakşəhər 0:0

Ərzurumspor - Ankaragücü 0:1
Qol: K.Özer, 90.

22 sentyabr

Yeni Malatyaspor - Rizəspor 1:0
Qol: Aleksiç, 43.

Kayserispor - Konyaspor 0:2
Qol: Yatabare, 36. Yonsson, 45.

Trabzonspor - Göztəpə 1:2
Qol: B.Yılmaz, 68 - Y.Öztekin, 9; 28.

23 sentyabr

Kasımpaşa - Alanyaspor 1:2
Qol: Diane, 89 - Sisse, 45; 87.

Akhisarspor - Qalatasaray 3:0
Qol: Manu, 51. G.Vural, 80-pen. M.Yumlu, 84.

Antalyaspor - Sivasspor 2:1
Qol: M.Erdinc, 35. Dukara, 45-pen - Kone, 10-pen. 

24 sentyabr

22:00 Fənərbaxça - Beşiktaş