Türkiyə

“Başakşəhər” büdrədi

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Tura “Bursaspor” - “Başakşəhər” matçı ilə start verilib. Bu görüşdə hesab açılmayıb.

Günün digər oyununda "Ankaragücü" səfərdə "Ərzurumspor"a minimal hesabla qalib gəlib.

Turun mərkəzi oyununda “Fənərbaxça” “Beşiktaş”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
6-cı tur
21 sentyabr

Bursaspor - Başakşəhər 0:0

Ərzurumspor - Ankaragücü 0:1
Qol: K.Özer, 90.

22 sentyabr

14:30 Yeni Malatyaspor - Rizəspor
17:00 Kayserispor - Konyaspor
20:00 Trabzonspor - Göztəpə

23 sentyabr

17:00 Kasımpaşa - Alanyaspor
20:00 Akhisarspor - Qalatasaray
20:00 Antalyaspor - Sivasspor

24 sentyabr

22:00 Fənərbaxça – Beşiktaş