Türkiyə

“Beşiktaş”ın hücumçusu rəsmən BƏƏ klubunda

“Beşiktaş”ın futbolçusu Alvaro Neqredonu Birləşmiş Ərəb Əmirliklərinin “Əl Nəsr” klubuna satdığı xəbərini vermişdik.

Dsport.az xəbər verir ki, ispaniyalı forvard yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.

880 min avro qarşılığında “Əl Nəsr”ə transfer olunan Neqredo, burda ilk mövsümdə illik 4,5 milyon avro məvacib qazanacaq. İkinci mövsümdə isə 3,5 milyon avro alacaq 33 yaşlı futbolçu yeni klubunda toplam 8 milyon avro qazanacaq.

Neqredo “Əl Nəsr”də 11 nömrəli forma altında çıxış edəcək.

“Beşiktaş” Neqredonu ötən mövsümün əvvəlində İspaniyanın “Valensiya” klubundan 2,5 milyon avroya transfer etmişdi. İspaniyalı forvard ötən mövsüm "qara qartallar"ın heyətində 43 oyuna 15, bu mövsüm isə 5 qarşılaşmaya 3 qol vurub.