Türkiyə

Millimizin üzvü yenə ehtiyatda qaldı

Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın yeni klubu “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Elazığspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ufuk bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Boluspor” iki turdan sonra 6 xalla 18 iştirakçı arasında liderdi.