Türkiyə

Kosta rikalı futbolçu Super Liqada

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi “Deportivo” klubundan kosta rikalı futbolçu Selso Borgesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat verib.

30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

2014-cü ildə İsveçin AİK klubundan “Deportivo”ya transfer olunan Borges, La Liqada 107 oyunda iştirak edib və 15 qola imza atıb.