Türkiyə

“Sportinq”dən Super Liqa klubuna

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan Merih Demiralı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı mərkəz müdafiəçisi icarəyə götürülüb. Tərəflər 1 illik anlaşıblar.

“Fənərbaxça”nın yetirməsi olan Demiral “Sportinq”də 2017-ci ildən çıxış edir.