Türkiyə

Millimizin futbolçusundan uğurlu debüt

Futbol üzrə Türkiyə 1-ci liqasında yeni mövsümə start verilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da 2018/19 mövsümündə ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Əskişəhərspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 69-cu dəqiqəsində meydana buraxılıb.