Türkiyə

Millimizin forvardı ilk matçda 6 dəqiqə oynadı

Futbol üzrə Türkiyə 1-ci liqasında yeni mövsümə start verilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də 2018/19 mövsümündə ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Hatayspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 84-cü dəqiqəsində meydana buraxılıb.