Türkiyə

“Beşiktaş” da qələbə ilə başladı

Türkiyə Super Liqasında yeni mövsümə start verilib.

Dsport.az xəbər verir ki, turun ilk qarşılaşmasında son çempion “Qalatasaray” liqanın debütantı “Ankaragücü”nün qonağı olub. Dörd qolun qeydə alındığı qarşılaşmada İstanbul nəhəngi inamlı qələbəyə sevinib.

İkinci oyun günündə daha 3 görüş baş tutub. “Rizəspor” doğma meydanda “Kasımpaşa”ya məğlub olubsa, “Sivasspor” “Alanyaspor”dan üstün olub. “Fənərbaxça” isə “Bursaspor” üzərində qələbə qazanıb.

Bazar günü daha 8 komanda yeni mövsümdə ilk matçına çıxıb. “Beşiktaş” “Akhisarspor”u, “Konyaspor” isə “Ərzurumspor”u məğlub yola salıb. “Göztəpə” “Yeni Malatyaspor”la ev oyununda məğlubiyyətlə üzləşib. 

Turun mərkəzi görüşü “Başakşəhər”lə “Trabzonspor” arasında keçirilib. Trabzonlular bu matçda 2 cavabsız qolla uduzublar.

Türkiyə Super Liqası
1-ci tur

10 avqust

Ankaragücü - Qalatasaray 1:3
Qol: Əl Kabir, 7 - S.Aziz, 22. Kone, 30-öz qapısına. E.Derdiyok, 90.

11 avqust

Rizəspor - Kasımpaşa 2:3
Qol: Samu, 33. R.Yalçın, 55 – Mbaye, 75-pen. T.Serbest, 81. A.Xalili, 90.

Sivaspor - Alanyaspor 1:0
Qol: E.Kılınc, 84.

Fənərbaxça - Bursaspor 2:1
Qol: Julyano, 22-pen. Souza, 30 – Ekonq, 16.

12 avqust

Başakşəhər – Trabzonspor 2:0
Qol: Da Kosta, 43. Adebayor, 90.

Konyaspor - Ərzurumspor 3:2
Qol: U.Demirok, 22. Yatabare, 30; 85.

Beşiktaş – Akhisarspor 2:1
Qol: Pepe, 39. Babel, 42 – Seleznyov, 56.

Göztəpə - Yeni Malatyaspor 1:3
Qol: S.Çiftpınar, 70-öz qapısına – Mina, 22. Aleksiç, 73. Ö.Şişmanoğlu, 90.

13 avqust

22:45 Kayserispor - Antalyaspor