Türkiyə

Kosovo millisinin qapıçısı Super Liqa klubunda

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq sözügedən klub Kosovo millisinin qapıçısı Samir Uykanini transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Uykani ilə 3 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu son olaraq İtaliyanın “Kremoneze” klubunun şərəfini qoruyub. O, əvvəllər də bu ölkənin “Palermo”, “Novara”, “Kyevo”, “Cenoa”, “Latina” və “Piza” klublarında çıxış edib.