Türkiyə

Portuqaliyalı futbolçu Super Liqa klubunda

Türkiyənin “Akhisarspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı Jozueni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Türkiyəni Avropa Liqasında təmsil edəcək bu klub yarımmüdafiəçi ilə neçə illik müqavilə imzalandığını açıqlamayıb.

Futbola “Portu”da başlayan 27 yaşlı oyunçu 2014/15 mövsümündə Türkiyənin “Bursaspor” klubuna transfer olunub. Jozue 2015/16 mövsümünün qış fasiləsində ölkəsinin “Braqa” klubuna icarəyə yollansa da, növbəti mövsüm “Qalatasaray”la müqavilə imzalayıb. Bu komandada 25 oyuna 2 qol vuran portuqaliyalı ötən mövsümü də “Osmanlispor”da keçirib.