Türkiyə

“Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

Türkiyənin “Trabzonspor” klubunda forma geyinən Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin gələcəyi ilə bağlı qərar verilib.

Dsport.az xəbər verir ki, Trabzon təmsilçisinin baş məşqçisi Ünal Karaman rəhbərlikdən Ramilin yenidən icarəyə verilməsini istəyib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xatırladaq ki, 22 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirmişdi. Onun bu yay Avstriyanın “Mattersburq” klubuna keçidi gündəmdə olsa da, son anda bu transfer baş tutmadı.

Ramil hazırda “Trabzonspor”un Sloveniyadakı təlim-məşq toplanışında iştirak edir. Ötən gün o, Xorvatiyanın “Lokomotiva” klubuna qarşı keçirdiyi oyunda komandasının qələbə qolunu vurub – 1:0.