Türkiyə

Mərakeş yığmasının üzvü Super Liqa klubunda

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi mərakeşli Yunes Moxtarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. O, Hollandiyanın “Zvolle” klubundan transfer olunub. Yunes 2016-cı ildən bu komandanın şərəfini qoruyurdu.

Hollandiyada anadan olsa da, Mərakeş yığmasının şərəfini qoruyan futbolçu PSV-nin yetirməsidi. O, “Tvente”də və Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də də forma geyinib.